"Ukraynadan sonra Cənubi Qafqazda təhlükəsizlik və energetika məsələləri" adlı konfrans keçirilib

"Ukraynadan sonra Cənubi Qafqazda təhlükəsizlik və energetika məsələləri" adlı konfrans keçirilib "​Cənubi Qafqazda stabillik ABŞ-ın təhlükəsizliyi üçün vacibdir"
Qarabağ
2 Fevral , 2015 12:51
Ukraynadan sonra Cənubi Qafqazda təhlükəsizlik və energetika məsələləri adlı konfrans keçirilib

Bakı. 2 fevral. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsində Rusiya hər iki tərəfə silah satır".

"Report" "news.am"a istinadən xəbər verir ki, bunu Vaşinqtonda - Kennan İnstitutunda keçirilən "Ukraynadan sonra Cənubi Qafqazda təhlükəsizlik və energetika məsələləri" adlı konfransda ABŞ-ın Xarici Siyasət Şurasının eksperti Stiven Blank söyləyib.

Onun sözlərinə görə, əgər Dağlıq Qarabağda müharibə başlayarsa, o zaman Rusiya münaqişəyə birbaşa müdaxilə edəcək və bu, "müharibədən də ağır bədbəxtlik gətirəcək".

Rusiya, Avrasiya Strateji və Beynəlxalq Araşdırma Mərkəzi proqramı direktorunun müavini Cefri Mankoffun sözlərinə görə, Rusiya Ermənistana birmənalı şəkildə başa salır ki, onun təhlükəsizliyinin təminatçısıdır.

Mütəxəssislər ABŞ-ın Cənubi Qafqazdakı passiv rolunu da tənqid ediblər. Onların fikrincə, bu passivliyə Qafqazada ABŞ-ın zəifliyi kimi baxılır.

ABŞ-ın Sahibkarlıq İnstitutunun mütəxəssisi Maykl Rubinin sözlərinə görə, Cənubi Qafqazda stabillik ABŞ-ın təhlükəsizliyi üçün vacibdir: "ABŞ-ın Cənubi Qafqaza laqeyd münasibəti Rusiya və İranın mövqeylərinin bölgədə güclənməsinə gətirib çıxaracaq".

Son xəbərlər

Orphus sistemi