Ukrayna XİN: Dağlıq Qarabağdakı qondarma "seçkilər" qeyri-legitimdir

Ukrayna XİN: Dağlıq Qarabağdakı qondarma "seçkilər" qeyri-legitimdir "Azərbaycanın işğal olunan ərazilərində keçirilən bu "seçkilər"in hüquqi nəticələri ola bilməz"
Qarabağ
4 May , 2015 16:18
Ukrayna XİN: Dağlıq Qarabağdakı qondarma seçkilər qeyri-legitimdir

Bakı. 4 may. REPORT.AZ/ Ukrayna mayın 3-də Dağlıq Qarabağda keçirilən qondarma "parlament seçkiləri"ni qəbul etmir və onu qeyri-legitim hesab edir. "Report" xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Azərbaycanın işğal olunan ərazilərində keçirilən bu "seçkilər"in hüquqi nəticələri ola bilməz", - bəyanatda qeyd olunub. 

"Ukrayna Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və onun beynəlxalq səviyyədə qəbul olunan sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət prinsipləri əsasında sülh yolu ilə həllinin tərəfdarıdır", - Ukrayna XİN-in bəyanatında deyilir.

Son xəbərlər

Orphus sistemi