Yuxarı
    Bağlamaq

    Yevgeni Yenin: "Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərin nəticələri barədə jurnalistlərə məlumat vermək vacibdir"

    Belə qeyri-qanuni hərəkətlər yolverilməzdir

    Kiyev. 29 mart. REPORT.AZ/ "Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərin nəticələri barədə jurnalistlərə məlumat vermək vacibdir".

    Bunu "Report"un Ukrayna bürosuna açıqlamasında Ukrayna baş prokurorunun müavini Yevgeni Yenin deyib.

    "Ukrayna Baş Prokurorluğunun Bakıya səfərindən sonra Azərbaycanın Baş prokuroru Zakir Qaralov Ukrayna Baş Prokurorluğuna 2010-2016-cı illərdə 10-dan çox ukraynalı jurnalistin qanunsuz şəkildə Azərbaycan Respublikasının dövlət sərhədini keçdiyinə, başqa sözlə, Azərbaycanın səlahiyyətli orqanlarının icazəsi olmadan Dağlıq Qarabağı ziyarət etdiyinə dair məlumat verib. Azərbaycan Respublikasının qanunvericiliyinin müddəalarına əsasən belə hərkətlər cinayət sayılır. Sadəcə, səlahiyyətli orqanlar arasındakı konstruktiv əməkdaşlıq nəticəsində göstərilən faktlar üzrə Azərbaycan Respublikasında cinayət işi başladılmayıb", - Y.Yenin bildirib.

    Ukrayna baş prokurorunun müavininin sözlərinə görə, Azərbaycan belə şəxslərin respublika ərazisinə girişinə qadağa qoymaqla kifayətlənib: "Hesab edirəm ki, bu gün jurnalistləri gələcəkdə də oxşar qanunsuz addımlar atmağın yolverilməz olması barədə məlumatlandırmaq vacibdir."

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi