Uilyam Gil: "ABŞ indiyə qədər Azərbaycandakı qaçqın və məcburi köçkünlərə 120 milyon dollardan çox vəsait ayırıb"

Uilyam Gil: "ABŞ indiyə qədər Azərbaycandakı qaçqın və məcburi köçkünlərə 120 milyon dollardan çox vəsait ayırıb" Bakı. 8 iyun. REPORT.AZ/ Dağlıq Qarabağ münaqişəsinin başlamasından bəri ABŞ azərbaycanlı qaçqınlara və məcburi köçkünlərə 120 milyon dollardan çox vəsait ayırıb.
Qarabağ
8 İyun , 2018 16:29
Uilyam Gil: ABŞ indiyə qədər Azərbaycandakı qaçqın və məcburi köçkünlərə 120 milyon dollardan çox vəsait ayırıb
0 : 00
0 : 00

Bakı. 8 iyun. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin başlamasından bəri ABŞ azərbaycanlı qaçqınlara və məcburi köçkünlərə 120 milyon dollardan çox vəsait ayırıb".

Bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Uilyam Gil deyib.

"ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün tərəflər arasında dialoq qurulmasına çalışır", - o bildirib.

Eyni zamanda U.Gilin sözlərinə görə, qarşıdurma davam edərkən qaçqın və məcburi köçkünlərin öz ehtiyacları var və onlar təmin edilməlidir: "Bu istiqamətdə uğurlu fəaliyyət göstərdiyimizə görə məmnunuq".

Son xəbərlər

Orphus sistemi