Yuxarı
    Bağlamaq

    Türkiyənin XİN başçısı ATƏT-in Minsk qrupunu Qarabağ münaqişəsinin nizamlanması üzrə səyləri artırmağa çağırıb

    Çavuşoğlu: Biz həmişə Azərbaycanı dəstəkləməyə hazırıq

    Bakı. 19 iyul. REPORT.AZ/ "Biz həmişə Azərbaycanı dəstəkləməyə hazırıq və ATƏT-in Minsk qrupundan səylərin artırılmasını tələb edirik".

    "Report" xəbər verir ki, bu barədə Bakıda keçirdiyi mətbuat konfransında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

    Füzuli rayonunun Alıxanlı kəndində iki yaşlı Zəhranın və onun nənəsinin ermənilərin açdığı atəş nəticəsində həlak olduğu 4 iyul hadisəsini şərh edən Çavuşoğlu ölənlərin ailəsinə və bütün Azərbaycan xalqına başsağlığı verib. "Ermənistan tərəfindən atəşin dayandırılmasını tələb edirik və Azərbaycanın işğal olunmuş torpaqlarından qoşunların çıxarılmasının zəruriliyini bir daha təsdiq edirik", - Türkiyə XİN rəhbəri deyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi