Türkiyənin Baş Qərargah rəisi: "Dost və qardaş Azərbaycannın yaşadığı acını ürəkdən bölüşürəm"

Türkiyənin Baş Qərargah rəisi: "Dost və qardaş Azərbaycannın yaşadığı acını ürəkdən bölüşürəm" "Azərbaycan Silahlı Qüvvələrinin dəyərli şəxsi heyətinə başsağlığı verirəm"
Qarabağ
3 Aprel , 2016 11:31
Türkiyənin Baş Qərargah rəisi: Dost və qardaş Azərbaycannın yaşadığı acını ürəkdən bölüşürəm

Bakı. 3 aprel. REPORT.AZ/ Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Hulusi Akar cəbhədə baş verən döyüş toqquşması nəticəsində Azərbaycan hərbçilərinin şəhid olması ilə əlaqədar Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənova başsağlığı məktubu ünvanlayıb. Bu barədə "Report"a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən bildirilib. 

Məktubda deyilir:  "2 aprel 2016-cı il tarixdə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən döyüş qarşıdurmasında qəhrəman on iki əsgərinizin şəhid olduğunu dərin bir üzüntü ilə öyrəndim. Dost və qardaş Azərbaycan Silahlı Qüvvələrinin bu hadisə səbəbi ilə yaşadığı acını ürəkdən bölüşürəm.  Şəxsim və Türk Silahlı Qüvvələri şəxsi heyəti adından şəhid olan hərbi qulluqçulara Uca Allahdan rəhmət, yaxınlarına, Sizə və şəxsinizdə Azərbaycan Silahlı Qüvvələrinin dəyərli şəxsi heyətinə başsağlığı verirəm."

Son xəbərlər

Orphus sistemi