Yuxarı

Türkiyənin baş naziri: "Ermənilər nə edirlər etsinlər, Dağlıq Qarabağ Azərbaycanın torpağıdır"

Oranın hər qarış torpağında Azərbaycanlıların izi, mədəniyyəti var

Bakı. 15 iyul. REPORT.AZ/ Ermənilər nə edirlər etsinlər, Dağlıq Qarabağ Azərbaycanın torpağıdır. “Report” “Haberturk”e istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım Ankarada mətbuat nümayəndələri ilə görüşdə bildirib.

"Heçkimin keçmişi tər-təmiz deyil. İraq işğal olunandan 10 il sonra “bağışlayın biz səhv işğal etdik” deməklə ölən 1 milyon şəxsin hesabı necə veriləcək? Ermənilər nə edirsə etsin, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın torpaqları olması həqiqətini dəyişdirə bilməz. Oranın hər qarış torpağında Azərbaycanlıların izi, mədəniyyəti var”.

Baş nazir qaçqınların və məcburi köçkünlərin yaxın zamanda yurd-yuvalarına dönməsinin vacibliyini vurğulayıb: “Azərbaycanın dostu dostumuz, düşmanı düşmanımızdır. İllərdir ki bu işğalın haqsız olduğunu, qaçqınların və məcburi köçkünlərin tez bir zamanda öz yurdlarına dönməsinin vacibliyini vurğulamışıq. Bundan sonra da bu vurğulamağa davam edəcik”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi