Yuxarı
    Bağlamaq

    Türkiyənin Azərbaycandakı səfiri: ”Ermənilərin Xocalıda etdikləri təkcə azərbaycanlılara deyil, bütün türklərə qarşı yönəlib”

    Erkan Özoral: “Xocalı faciəsini törədənlər bunu ört-bastır etməyə çalışırlar”

    Bakı. 25 fevral.REPORT.AZ/ “Hazırda ermənilər Azərbaycanın 20 faiz torpaqları işğal edilib, 1 milyon artıq qaçqın və məcburi köçkünü var”.

    “Report”un xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral “Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” və “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitablarının təqdimat mərasimində deyib.

    O bildirib ki, ermənilərin etdikləri təkcə Azərbaycana qarşı deyil, bütün türklərə qarşı yönəlib: “Onlar bizi zəiflətməyə çalışıblar. Xocalı faciəsini törədənlər bunu ört-bastır etməyə cəhd göstərirlər. Onlar bunu utanmazcasına edirlər. Ermənilərin törədikləri qətliamın şahidləri hələ var, onlar aramızdadır. Çox təəssüf ki, beynəlxalq ictimaiyyət bu faciəni görməzdən gəlməyə çalışır. Xocalı soyqırımı dünyanın gözü qarşısında törətilmiş cinayətdir”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi