Yuxarı

​Türkiyənin 11-ci prezidenti: "Ermənistanın Azərbaycan torpaqlarını 25 ildir işğal altında saxlaması qəbuledilməzdir"

Abdulla Gül: Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi təkcə Qafqazda deyil, bölgədə sülhün yaranmasına çox böyük təsir göstərəcək

Bakı. 6 aprel. REPORT.AZ/ "Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi yalnız Qafqazda deyil, bölgədə sülhün yaranmasına çox böyük təsir göstərəcək".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyənin 11-ci prezidenti Abdulla Gül Mərmərə Qrupu Fondu tərəfindən təşkil edilən 19-cu Avrasiya İqtisadi Zirvəsində bildirib.

O, son günlər Dağlıq Qarabağda təmas xəttindəki döyüşlərdə şəhid olan azərbaycanlılarla bağlı başsağlığı verib.

"Ermənistan 25 ilə yaxındır Azərbaycan torpaqlarını işğal altında saxlayır. Bu vəziyyət qəbuledilməzdir. BMT Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən, münaqişənin sülh yolu ilə həlli, işğalın son çatması və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması sadəcə Qafqazda deyil, bölgədə barışa çox böyük təsir edəcək", - deyə Abdulla Gül vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi