Yuxarı
    Bağlamaq

    Türkiyəli professor: "Ermənilərin işğalçılıq siyasətinə görə Qafqazda sülh əldə etmək mümkün olmayıb"

    © Report/ Firi Salim — Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin direktoru, professor Kemal Çiçe

    Bakı. 29 mart. REPORT.AZ/ "Ermənilərin işğalçılıq və soyqırım siyasəti səbəbindən Qafqazda hələ də sülh əldə etmək mümkün olmayıb".

    "Report" xəbər verir ki, bunu Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin direktoru, professor Kemal Çiçek “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi. Müasir dövrdə soyqırımı, hərbi təcavüz və etnik təmizləmə siyasəti” mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.

    Türkiyəli professor qeyd edib ki, ermənilər Dağlıq Qarabağı işğal etdikdən sonra orada bir nəfər də olsa azərbaycanlı, müsəlman qoymadı: “Bu onu göstərir ki, ermənilərin tarix boyu həyata keçirdikləri soyqırım siyasəti bu gün də davam edir. Xocalıda yaşananlar da bunun bariz nümunəsidir. Çünki oradakı dinc sakinlər də məhz azərbaycanlı olduqları üçün qətlə yetirildilər”.

    O bildirib ki, ermənilər sadəcə ermənilərdən ibarət dövlət qurmaq üçün dövlət səviyyəsində etnik təmizləmə aparıblar: “Regionda bütün ölkələrdə çoxmillətlilik mövcuddur. Azərbaycanda erməni, rus, iran və başqa etnik qruplara aid insanlar yaşayır. Ermənistanda isə ermənilərdən başqa heç kim yaşamır”. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi