Yuxarı
    Bağlamaq

    Türkiyə XİN rəhbəri: "Biz Ermənistanın səhvlərini düzəltməsini və səmimi olmasını istəyirik"

    Ermənistanla münasibətlərin normallaşması üçün bizim bir şərtimiz var - Ermənistan işğal etdiyi əraziləri azad etməlidir

    Bakı. 25 fevral. REPORT.AZ/ Ermənistanla münasibətlərin normallaşması üçün bizim bir şərtimiz var - Ermənistan işğal etdiyi əraziləri azad etməlidir. "Report" xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransında Ermənistan prezidentinin əlaqələrin normallaşmasına dair protokolları geri çağırmaq qərarına Türkiyənin münasibəti haqqında sualı şərh edərkən bildirib. 

    O qeyd edib ki, Çanaqqala döyüşünün ildönümünə həsr olunan tədbirlərə dəvət dostluq və barışıq mesajı xarakterini daşıyır. "Biz Ermənistan da daxil olmaqla, hamıya dəvətnamə göndərmişik". 

    Nazir vurğulayıb ki, hazırda regionda bir sıra regional layihələr həyata keçirilir:

    "Biz Ermənistanın da bu layihələrdə iştirak etməsini, bizə qoşulmasını istərdik. Lakin bu yalnız işğal olunan Azərbaycan torpaqlarının azad olunmasından sonra mümkündür. Biz istəyirik, Ermənistan səhvlərini düzəltsin və səmimi olsun".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi