Yuxarı

​Türkiyə XİN Dağlıq Qarabağda keçiriləcək "seçkilər"lə bağlı bəyanat yayıb

XİN: Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün yenidən pozulmasına səbəb olacaq bu tədbirin nəticələrini tanımırıq

Bakı. 30 aprel. REPORT.AZ/ Türkiyə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində keçiriləcək seçkiləri tanımır və bunu qanunsuz sayır. "Report" xəbər verir ki, bu haqda Türkiyənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Türkiyə KİV-inin məlumatına görə, sənəddə bildirilib ki, bu "seçkilər" beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi haqda ATƏT-in prinsiplərinə ziddir: "Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün yenidən pozulmasına səbəb olacaq bu tədbiri qınayır, onu qanunsuz elan edərək nəticələrini tanımırıq. Türkiyə ATƏT-in Minsk qrupunun üzvü olaraq, Dağlıq Qarabağın işğalının ədalətli və davamlı həlli yolunda görülən işləri dəstəkləməkdə davam edəcək". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi