​Türkiyə XİN Dağlıq Qarabağda keçiriləcək "seçkilər"lə bağlı bəyanat yayıb

​Türkiyə XİN Dağlıq Qarabağda keçiriləcək "seçkilər"lə bağlı bəyanat yayıb XİN: "Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün yenidən pozulmasına səbəb olacaq bu tədbirin nəticələrini tanımırıq"
Qarabağ
30 Aprel , 2015 16:07
​Türkiyə XİN Dağlıq Qarabağda keçiriləcək seçkilərlə bağlı bəyanat yayıb

Bakı. 30 aprel. REPORT.AZ/ Türkiyə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində keçiriləcək seçkiləri tanımır və bunu qanunsuz sayır. "Report" xəbər verir ki, bu haqda Türkiyənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Türkiyə KİV-inin məlumatına görə, sənəddə bildirilib ki, bu "seçkilər" beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi haqda ATƏT-in prinsiplərinə ziddir: "Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün yenidən pozulmasına səbəb olacaq bu tədbiri qınayır, onu qanunsuz elan edərək nəticələrini tanımırıq. Türkiyə ATƏT-in Minsk qrupunun üzvü olaraq, Dağlıq Qarabağın işğalının ədalətli və davamlı həlli yolunda görülən işləri dəstəkləməkdə davam edəcək". 

Son xəbərlər

Orphus sistemi