Yuxarı

​Türkiyə XİN başçısı: "Ermənistanın Azərbaycan torpaqlarından çıxması lazımdır"

Mövlud Çavuşoğlu: ABŞ-ın mövqeyi dəyişərsə, o zaman əlaqələrimizə zərər dəyər

Bakı. 27 mart. REPORT.AZ/ "Ermənistanla əlaqələrimizin normallaşması üçün bu ölkənin Azərbaycan torpaqlarından çəkilməsi lazımdır".

"Report" NTV kanalına istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O, 1915-ci il hadisələrinə də toxunub: "ABŞ-ın mövqeyində dəyişikliyin olmayacağına ümidvaram. Bu məsələdə ABŞ-ın mövqeyi dəyişərsə, o zaman əlaqələrimizə zərər dəyər. Hamımız barış, sülh və dostluq mesajı verməliyik. Ermənistanla əlaqələrimizin normallaşması üçün bu ölkənin Azərbaycan torpaqlarından çıxması lazımdır. Ermənistan isə işğalı davam etdirir. Onların İranla da aşağı-yuxarı əlaqəsi var, bizimlə də vəziyyəti bəllidir. Ermənistan bəlli qonşu dövlətlərlə olan əlaqələrinin vəziyyəti barədə də düşünməlidir. Bu ölkə hər zaman hadisələrə birtərəfli, bir gözlə baxır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi