Yuxarı
    Bağlamaq

    Türkiyə XİN başçısı: "Dağlıq Qarabağ münaqişəsi məsələsində həmişə Azərbaycanın yanındayıq"

    © Report/ Firi Salim

    Bakı. 5 aprel. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsi məsələsində həmişə Azərbaycanın yanındayıq".

    "Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərin suallarını cavablandırarkən deyib.

    O qeyd edib ki, Azərbaycan və Türkiyə münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır: "Ancaq bu gün Ermənistan bu məsələyə laqeyddir və prosesi ləngitməyə çalışır".

    XİN başçısı Azərbaycan kimi, Türkiyənin də bütün beynəlxalq platformalarda Dağlıq Qarabağ münaqişəsi məsələsini qaldırdığını vurğulayıb. M.Çavuşoğlunun sözlərinə görə, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrin yerinə yetirilməsini təmin etmək lazımdır.

    Nazir bildirib ki, Bakıda təşkil olunmuş bu cür tədbirlər münaqişəyə dair etibarlı məlumatların dünya ictimaiyyətinə çatdırılması baxımından da əhəmiyyətlidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi