Türkiyə və Almaniyanın ATƏT-in Minsk qrupunun tərkibində yer alması təklif olunur

Türkiyə və Almaniyanın ATƏT-in Minsk qrupunun tərkibində yer alması təklif olunur Məsələ ATƏT-in Parlament Assambleyasının qış sessiyasında qaldırılacaq
Qarabağ
2 Fevral , 2015 13:12
Türkiyə və Almaniyanın ATƏT-in Minsk qrupunun tərkibində yer alması təklif olunur

Bakı. 2 fevral. REPORT.AZ/ “20 ildir ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə öz iradımızı bildiririk. Təəssüf ki, bu tərkib heç bir məsələnin həllinə müsbət təsir etməyib. Ona görə də artıq vaxt gəlib çatıb ki, Azərbaycan rəsmi şəkildə Minsk qrupunun həmsədr ölkələrinin tərkibinə yenidən baxılması və genişləndirilməsi məsələsini müzakirəyə çıxarsın”. “Report” xəbər verir ki, bu fikirləri deputat Azay Quliyev parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

O xatırladıb ki, yanvarın 21-də Prezident İlham Əliyevin Almaniyaya çox uğurlu bir səfəri olub və səfər zamanı Almaniyanın kansleri xanım Anqela Merkel də Dağlıq Qarabağ probleminin həllində yaxından dəstək verəcəyini bildirib: “Hesab edirəm ki, bu məqamdan istifadə edib Almaniyanın Minsk qrupunun həmsədrliyinə gətirilməsi məsələsini qaldırmaq lazımdır. İkinci bir təklif Türkiyənin bu formata daxil olunmasıdır və bilirsiniz ki, Türkiyə regionda güclü dövlətdir, münaqişəyə cəlb olunan hər iki ölkədə müəyyən mənada maraqları var və xüsusilə Ermənistan neçə müddətdir ki, Türkiyə ilə sərhədlərin açılmasına çalışır. Hesab edirəm ki, Türkiyənin müəyyən imkanları var ki, bu istiqamətdə təsir etsin, xüsusilə Türkiyə Ermənistan ilə sərhədinin açılmasını birbaşa Dağlıq Qarabağ münaqişəsinin həllindən keçdiyini bəyan edir. İndiyə qədər fəaliyyət göstərən hər üç həmsədr ölkə indiyə qədər birmənalı şəkildə Ermənistanı dəstəkləyib. Ona görə də bu balansı yaratmaq üçün, müəyyən formada ədalətli mövqeyi bərqərar etmək üçün Minsk qrupunun tərkibinə yenidən baxılmalıdır. Bu məsələni ATƏT-in Parlament Assambleyasının qış sessiyasında qaldırmağı planlaşdırıram”.

Son xəbərlər

Orphus sistemi