​Türkiyə səfiri Ermənistanın hərbi helikopterinin Azərbaycan hərbçiləri tərəfindən vurulması hadisəsinə münasibət bildirib

​Türkiyə səfiri Ermənistanın hərbi helikopterinin Azərbaycan hərbçiləri tərəfindən vurulması hadisəsinə münasibət bildirib “Əsas məsələ odur ki, Azərbaycan torpaqları niyə hələ də işğal altındadır?”
Qarabağ
17 Noyabr , 2014 11:14
​Türkiyə səfiri Ermənistanın hərbi helikopterinin Azərbaycan hərbçiləri tərəfindən vurulması hadisəsinə münasibət bildirib

Bakı. 17 noyabr. REPORT.AZ/ Türkiyənin Bakıdakı səfiri İsmayil Alper Coşqun Ermənistana məxsus hərbi helikopterin Azərbaycan hərbçiləri tərəfindən vurulması hadisəsinə münasibət bildirib.

“Report”un xəbərinə görə, səfir jurnalistlərə açıqlamasında bildirib ki, bu, mühüm bir hadisədir: “Bu, bizə bir daha sübüt etdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mümkün qədər tez həll olunmalıdır. Hadisələrin necə cərəyan etdiyinə və sair məsələlərə baxıla bilər. Amma əsas məsələ odur ki, Azərbaycan torpaqları niyə hələ də işğal altındadır? Hadisələrin necə cərəyan etməsi ilə yanaşı, problemin ozünün  niyə hələ də davam etməsi məsələsi araşdırılmalıdır. Türkiyənin isə hər zaman Azərbaycanın yanında olacağı aşkardır”.

Son xəbərlər

Orphus sistemi