Türkiyə səfiri: "Cocuq Mərcanlının minalardan təmizlənməsi orada əhalinin təhlükəsiz şəkildə yaşamasını təmin edəcək"

Türkiyə səfiri: "Cocuq Mərcanlının minalardan təmizlənməsi orada əhalinin təhlükəsiz şəkildə yaşamasını təmin edəcək" "Ceyrançöl" layihəsinin həyata keçirilməsi üçün Türkiyə 200 min avro ayırıb
Qarabağ
26 Sentyabr , 2017 11:29
Türkiyə səfiri: Cocuq Mərcanlının minalardan təmizlənməsi orada əhalinin təhlükəsiz şəkildə yaşamasını təmin edəcək
Report

Bakı. 26 sentyabr. REPORT.AZ/ "Azərbaycanın müstəqilliyini elan etdiyi andan bəri Türkiyə müxtəlif sahələrdə Azərbaycanla sıx əməkdaşlıq edib. "Ceyrançöl" layihəsi həm də Türkiyə üçün əhəmiyyətli layihədir".

"Report" xəbər verir ki, bunu ANAMA-NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu çərçivəsində icra olunan “Ceyrançöl layihəsinin 3-cü mərhələsinin təqdimatı, Gələcəkdə Azərbaycanda İcra Olunacaq Etimad Fondu Layihələrinin Perspektivləri” mövzüsunda tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Onun sözlərinə görə, bu münasibətlər sayəsində Türk səfirliyi təxminən 13 il NATO-nun Azərbaycandakı kontakt səfirliyi olub. E.Özoral bildirib ki, "Ceyrançöl" layihəsinin həyata keçirilməsi üçün Türkiyə 200 min avro ayırıb.

O qeyd edib ki, hazırda Cocuq Mərcanlı kəndində ərazinin minalardan təmizlənməsi üzrə işlər gedir və bu, əhalinin orada təhlükəsiz şəkildə yaşayışını təmin edəcək.

Öz növbəsində, tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ABŞ hökumətinin Ceyrançöl layihəsini dəstəklədiyini və layihənin 3-cü mərhələsini də dəstəkləyəcəyini bildirib.

"Donor ölkələrlə birlikdə 40 kv.km. sahə sursat və partlamamış minalardan təmizlənib. Partlamamış minaların insanların həyatına necə təsir etdiyini bilirik. ABŞ 1999-cu ildən bəri Azərbaycanda minalardan təmizləmə layihələrinə 30 milyon dollar məbləğində vəsait ayırıb", - o deyib.

Son xəbərlər

Orphus sistemi