Yuxarı
    Bağlamaq

    Türkiyə Prezidenti Xocalı soyqırımı ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib

    “Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqına başsağlığı veririk”

    Bakı. 25 Fevral. REPORT.AZ/ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımı ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

    "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan hələ də Ermənistanın işğalı altında qalan Dağlıq Qarabağın bir hissəsi olan Xocalıda 613 azərbaycanlının vəhşicəsinə qətlə yetirildiyini söyləyib.

    Türkiyə Prezidenti vurğulayıb ki, 1992-ci ildə qətliama məruz qalan azərbaycanlılar yandırılaraq, gözləri çıxarılaraq, başları kəsilərək öldürülüblər. “Şəhidlərimizin əziz xatirəsini yad edir, Allahdan onlara rəhmət diləyir, Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqına başsağlığı veririk”, - Prezident Rəcəb Tayyib Ərdoğan bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi