Yuxarı

Türkiyə prezidenti: "Ermənistan işğal altında olan Azərbaycan torpaqlarından çıxmasa, sərhədlər açılmayacaq"

Beynəlxalq hüquq Qarabağ işğal altındadır deyir

Bakı. 2 mart. REPORT.AZ/ "Ermənistan işğal etdiyi Azərbaycan torpağı olan Qarabağdan çıxmasa, sərhədlər açılmayacaq".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına səfəri zamanı jurnalistlərin suallarına cavabında deyib.

"Beynəlxalq hüquq "Qarabağ işğal altındadır" - deyir. Əslində, ABŞ və Rusiya istəsə bu məsələ bir anda həll olar. Azərbaycan xalqının dini inancı, mədəniyyət dünyası bəllidir, əks tərəfinki də. Mənə elə gəlir ki, onlar məsələyə bu yöndən baxırlar. Ona görə də ədalətli yanaşa bilmirlər".

O, Suriyadakı vəziyyətdən danışıb: "Bəzilərinin Suriyada planlaşdırdığı beynəlxalq hüququn əksinə addım atmayacağıq. Suriyanın bölünməsini də arzu etmirik. Bu ölkə ilə bağlı məsələlərdə koalisiya gücləri ilə hələ də eyni nöqtədə deyilik. Ancaq Bayırbucaqdakı türkmənlərin hüququnu qorumaq da bizim vəzifəmizdir". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi