Yuxarı
    Bağlamaq

    Türkiyə hökumətinin başçısı Qarabağ qazisi ilə görüşüb

    Binəli Yıldırım Kamil Musəviyə Türkiyə və Azərbaycan bayraqlarından yaradılan plaket və təsbeh hədiyə edib

    Bakı. 16 mart. REPORT.AZ/ Dağlıq Qarabağın azad edilməsi uğrunda qazi olmuş leytenant Kamil Musəvi Türkiyənin Baş naziri Binəli Yıldırımı ziyarət edib.

    “Report” “Anadolu”ya istinadən xəbər verir ki, Qarabağda döyüş nəticəsində ayağını və gözünü itirən Kamil Musəvi Binəli Yıldırıma əzmindən, davasından heç nəyi itirmədiyini söyləyib: “Ayaqsız, gözsüz yaşamaq olar, ancaq Vətənsiz mümkün deyil”.

    Türkiyənin Baş naziri, öz növbəsində, bildirib: “Nə qədər ki, bu eşq var heç kim bizə zərər verə bilməz, leytenant Kamil Musəvi!”

    “Mən Afrinə getmək istərdim”, - deyən Kamil Musəviyə Binəli Yıldırm belə cavab verib: “Qardaşların, böyük qardaşların Afrində dastan yazırlar”.

    Leytenant Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında keçirdiyi “Zeytun budağı” əməliyyatına dəstək məqsədi ilə videoçarx hazırladığını baş nazirə bildirib. Türkiyə hökumətinin başçısı bundan qürur duyduğunu və izlədiyini bildirib: “İnşallah, bir gün Qarabağ da işğalçılardan təmizlənər”.

    Baş nazirlə söhbət zamanı K.Musəvi Çanaqqala savaşı haqqında oxuduğu bir hadisəni danışıb: “Savaş zamanı bir türk hərbçi geyimini cıraraq Fransa əsgərinin yarasını sarıyıb. Türk hərbçi hadisəni dostlarına belə nəql edib: “Mən onun cibində bir qadın fotosu gördüm. Anası olduğunu zənn etdim. Düşündüm ki, anası onu gözləyir. Onu gözləyən var. Ancaq mənim gözləyənim yoxdur. Ona görə də fransız hərbçiyə yardım etdim”. Bu hadisədən xəbər tutan fransız general isə deyib: “Mən belə bir hadisəni nə eşitmişəm, nə də indiyə kimi görmüşəm”.

    Görüşün sonunda Binəli Yıldırım Kamil Musəviyə Türkiyə və Azərbaycan bayraqlarından yaradılan plaket və təsbeh hədiyə edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi