Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupu canlı yayımda Xocalı soyqırımına etiraz edib

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupu canlı yayımda Xocalı soyqırımına etiraz edib Qrupunun üzvləri “TRT HABER” kanalında Xocalı bəyanatı ilə çıxış ediblər
Qarabağ
28 Fevral , 2015 21:42
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupu canlı yayımda Xocalı soyqırımına etiraz edib

Bakı. 28 Fevral. REPORT.AZ/ Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri “TRT HABER” kanalının canlı yayımında Xocalı soyqırımına etiraz bəyanatı ilə çıxış ediblər.

"Report" AzərTAc-a istinadən xəbər verir ki, dostluq qrupunun rəhbəri Necdət Ünüvar dünya birliyinin diqqətini bir daha 1992-ci fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilmiş soyqırımına yönəldərək bildirib ki, bu, təkcə Azərbaycan xalqına qarşı deyil, insanlığa qarşı törədilmiş hərbi cinayətdir. Qeyd olunub ki, bu qanlı hadisəyə indiyədək obyektiv hüquqi-siyasi qiymət verilməməsi dünyada ikili standartların mövcudluğunu bir daha təsdiqləyir.

Xocalı soyqırımı qurbanlarına Allahdan rəhmət diləyən qardaş ölkənin deputatları bəyan ediblər ki, hər zaman Azərbaycanın yanında olan Türkiyə ölkəmizin ərazi bütövlüyünün bərpa olunması istiqamətindəki səylərini bundan sonra da davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi