Yuxarı

Tomsk Dövlət Universitetinin rektoru Azərbaycan xalqından üzr istəyib

Universitet rəhbərliyi magistr və aspirantlarının Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri ilə bağlı lazımi tədbir görəcək

Bakı. 9 fevral. REPORT.AZ/ Tomsk Dövlət Universitetinin magistr və aspirantlarının Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri ilə əlaqədar Azərbaycanın Yekaterinburqdakı baş konsulluğu Rusiya Xarici İşlər Nazirliyinin Barnaul şəhərində yerləşən Altay diyarı, Tomsk vilayəti və Altay Respublikası üzrə nümayəndəliyinə nota ilə müraciət edib. Bu barədə "Report"a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Tomsk Dövlət Universitetinin magistr və aspirantlarının Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərini şərh edərkən məlumat verib. 

Onun sözlərinə görə, Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov sözügedən məsələni Tomsk vilayətinin qubernatorunun aparatı və Tomsk şəhər meri Klyayn İvan Qriqoryeviç ilə müzakirə edib və Azərbaycanın narahatlığını ifadə edib.

Eyni zamanda, Azərbaycanın Yekaterinburqdakı baş konsulluğu tərəfindən Tomsk Dövlət Universitetinə etiraz məktubu ünvanlanıb.

H.Hacıyev qeyd edib ki, Tomsk Dövlət Universitetinin rektoru Eduard Vladimiroviç Qalajinskiy Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımova Azərbaycanın narazılığına səbəb olan bu məsələyə görə üzrxahlığını ifadə edib və universitet rəhbərliyi tərəfindən məsələnin araşdırılacağını və lazımi tədbirlər görüləcəyini bildirib.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi