Tomas Qreminger: "ATƏT katibliyi həmsədrlərin səylərini dəstəkləmək üçün əlindən gələni edir"

Tomas Qreminger: "ATƏT katibliyi həmsədrlərin səylərini dəstəkləmək üçün əlindən gələni edir" "Təəssüf ki, ATƏT Qarabağda sülh "yarada" bilmir"
Qarabağ
14 Sentyabr , 2017 18:01
Tomas Qreminger: ATƏT katibliyi həmsədrlərin səylərini dəstəkləmək üçün əlindən gələni edir
OSCE

Kiyev. 14 sentyabr. REPORT.AZ/ "ATƏT-in baş katibi kimi, üzv dövlətlərin təşkilatdan gözlədiyi funksiyaları münaqişənin həlli sahəsində həyata keçirdiyini sübut etməyə çalışacağam. Eyni zamanda həlli uzadılmış münaqişələrin nizamlanması üçün səylərimizi artıracağıq".

Bu sözləri ATƏT-in baş katibi Tomas Qreminger Kiyevdə keçirilən mətbuat konfransında "Report"un Ukrayna bürosunun sualını cavablandırarkən deyib.

Baş katib Qarabağ münaqişəsi mövzusuna da toxunub: "Ən qısa zamanda münaqişə tərəflərinə səfər etmək niyyətindəyəm. Mənim üçün ATƏT-in bu münaqişənin həllinə töhfə verməsi əsas prioritetdir. ATƏT təşkilat məkanında münaqişələrin həlli üzrə xidmətlərini təklif edə bilər və hər bir həlli uzadılmış münaqişə üçün ayrıca format var. Dağlıq Qarabağ münaqişəsində Minsk qrupu formatı var və biz ATƏT katibliyi olaraq Minsk qrupu həmsədrlərinin fəaliyyətlərində göstərdiyi səyləri dəstəkləmək üçün əlimizdən gələni edirik".

T.Qreminger bildirib ki, ATƏT münaqişə tərəflərində çatışmayan siyasi iradənin boşluğunu doldura bilməz: "Ölkələr siyasi iradə nümayiş etdirməlidir və o zaman ATƏT vasitəçilik missiyası ilə çıxış edə bilər. Təəssüf ki, ATƏT sülh "yarada" bilmir".

Baş katib vurğulayıb ki, ölkələr və BMT kimi aparıcı təşkilatlarla tərəfdaşlıq və əməkdaşlığı gücləndirmək niyyətindədir.

Son xəbərlər

Orphus sistemi