​Tomas de Vaal: "Qarabağda barışıq təhlükə altındadır"

​Tomas de Vaal: "Qarabağda barışıq təhlükə altındadır" Təhlilçi hesab edir ki, müharibədən qaçmaq üçün əvvəlki - hamıya ağır zərbə dəyəcək arqumenti qalmaqdadır
Qarabağ
13 Fevral , 2015 11:32
​Tomas de Vaal: Qarabağda barışıq təhlükə altındadır

Bakı. 13 fevral. REPORT.AZ/ "Dağlıq Qarabağda müharibə olacaqmı? 1994-cü ildə atəşkəs imzalanandan bəri bu sualın cavabı belədir: Yox".

"Report" "carnegie.ru"ya istinadən xəbər verir ki, bunu Karneqi Beynəlxaq Sülh Fondunun təhlilçisi Tomas de Vaal "Qarabağda barışıq təhlükə altındadır" başlıqlı məqaləsində bildirib.

Müəllif son bir neçə ayda Ermənistan-Azərbaycan sərhədində və qoşunların təmas xəttində baş verən silahlı insidentlərdən və Ermənistan hərbi vertolyotunun Azərbaycan tərəfindən vurulumasından yazıb.

Onun yazdığına görə, Ermənistana məxsus vertolyot 5 km-lik qeyri-formal qadağan olunmuş ərazini keçdiyi üçün Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulub.

Təhlilçi hesab edir ki, müharibədən qaçmaq üçün əvvəlki - hamıya ağır zərbə dəyəcək arqumenti qalmaqdadır.

Tomas de Vaal Azərbaycan torpaqlarının işğal altında olduğuna işarə edərək, bildirib: "De-yure olaraq ərazisindən qopardılmış torpaqların geri qaytarılması üçün Azərbycanın daha çox stimulu var".

"Əgər münaqişə qızışarsa, bu, Ermənistanla Azərbaycan arasında irimiqyaslı müharibəyə çevriləcək", - o, bildirib.

Fondun təhlilçisi yazıb ki, bu gün Azərbaycan 10 il öncəkindən daha güclüdür, Ermənistan isə Bakı qarşısında davamlı olaraq, "güclü, hərbi əməliyyatlar aparmağa özünün qadir olduğunu nümayiş etdirməyə səy göstərir".

"Hətta Ukrayna hadisələrinin əks-sədası xatırlanmasa belə, kədərli geopolitik baxımdan indiki halda Qarabağ ətrafında şərait daha təhdidedicidir. Gərginliyi yazın və uzun, isti, təhlükəli yayın gəlişinədək zəiflədilməsinə də təcili olaraq, diqqət yetirmək lazımdır", - müəllif vurğulayıb.

Son xəbərlər

Orphus sistemi