Yuxarı

Tomas de Vaal: "Bakı və Yerevan Rusiyanın niyyətinə şübhə ilə yanaşır"

Bu balans oyunu Rusiyanın Qarabağda gündəmi müəyyən etməyə qadir olmadığı anlamına gəlir

Bakı. 11 may. REPORT.AZ/ "Rusiyanın yüksək çinli məmurları məsələyə müdaxilə edib, aprelin 5-də atəşkəs elan olunmasına nail oldu. Lakin ondan sonra çox az iş görülüb".

"Report" "Politico.eu" portalına istinadən xəbər verir ki, bu barədə politoloq, Qafqaz üzrə mütəxəssis Tomas de Vaalın məqaləsində deyilir.

Dağlıq Qarabağ münaqişəsi zonasında, qoşunların təmas xəttində aprel hadisələri zamanı Rusiyanın vasitəçiliyini şərh edən politoloq məqaləsində yazır: "Rusiya hər iki tərəfə silah satır. Azərbaycan aldığı silahların təxminən 85%-ni məhz elə Rusiyadan əldə edir. Hərçənd Rusiyanın Ermənistanla hərbi ittifaqa dair sazişi var. Bu balans oyunu Rusiyanın Qarabağda gündəmi müəyyən etməyə qadir olmadığı anlamına gəlir".

Onun sözlərinə görə, Bakı və Yerevan Rusiyanın niyyətinə şübhə ilə yanaşır. Politoloq qeyd edib ki, Rusiyanın münaqişə məkanında hərbi mövcudluğu olmadığından və sülh danışıqları prosesində monopoliyaya sahib olmadığından tərəflər Rusiyanın planlarının qarşısını ala bilər.

"Ona görə də hər şeyin pis gedəcəyi təqdirdə Rusiyanın problemləri həll edə biləcəyi fikri doğru deyil. Sülh danışıqları prosesində irəliləyiş əldə olunmayınca Bakıda Formula-1 yarışı başa çatandan sonra yeni döyüşlərin alovlanması ehtimalı var", - deyə Tomas de Vaal bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi