Yuxarı
    Bağlamaq

    "The Washington Times": Ermənistanın məqsədi diqqəti yayındırmaq və Azərbaycanı dünyaya təcavüzkar kimi tanıtdırmaq olub

    Erməni millətçiliyi və Azərbaycana qarşı təcavüz Ermənistanı uçuruma sürükləyib

    Bakı. 6 aprel. REPORT.AZ/ ABŞ-da nəşr edilən "The Washington Times" qəzetində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində münaqişənin gərginləşməsi haqqında məqalə dərc edilib.

    "Report" xəbər verir ki, məqalədə regiondakı son şiddət qığılcımının son iyirmi il ərzində ən ciddi qarşıdurma olduğu qeyd edilib.

    Məqalənin müəllifi olan siyasi şərhçi Castin Emler Azərbaycanın işğal edilmiş torpaqlarındakı son hadisələri Ermənistanın Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ prezidenti Barak Obamanın dəvəti ilə Vaşinqtona - Nüvə Təhlükəsizliyi Sammitinə səfərinə reaksiyası kimi dəyərləndirib. Müəllif yazıb ki, Azərbaycan Prezidentinin ABŞ-a dəvət edilməsi rəsmi Vaşinqtonun Azərbaycanın qlobal nüvə təhlükəsizliyi və terrorla mübarizədə artan strateji rolunu tanımasını göstərir.

    Siyasi və iqtisadi müstəqilliyini itirmiş Ermənistandan danışan müəllif erməni millətçiliyi və Azərbaycana qarşı təcavüzün Ermənistanı uçuruma sürüklədiyini vurğulayıb.

    Ekspert bildirib ki, Ermənistan silahlı qüvvələrinin təmas xətti boyunca yerləşən kəndlərə hücumu Azərbaycan Silahlı Qüvvələrinin cavab verməsi üçün nəzərdə tutulmuş təxribat olub. Müəllif qeyd edib ki, Ermənistan məqsədi Azərbaycana olan müsbət diqqəti yayındırmaq və Azərbaycanı dünyaya təcavüzkar kimi tanıtdırmaq olub.

    "Beynəlxalq ictimaiyyət BMT Təhlükəsizlik Şurası və Baş Assambleyası, eləcə də AŞPA-nın qətnamələriylə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir", - məqalədə yazılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi