Tərtərin icra başçısı: "Cəbhəboyu kəndlərdə dəymiş ziyanla bağlı araşdırma aparılır" - FOTO

Tərtərin icra başçısı: "Cəbhəboyu kəndlərdə dəymiş ziyanla bağlı araşdırma aparılır" - FOTO "Mərmi düşən 20 evdən 8-i tamami ilə yararsız hala düşüb"
Qarabağ
26 Aprel , 2016 09:51
Tərtərin icra başçısı: Cəbhəboyu kəndlərdə dəymiş ziyanla bağlı araşdırma aparılır - FOTO

Bakı. 26 aprel. REPORT.AZ/ Ötən gecə ermənilər Tərtərin cəbhəboyu yaşayış məntəqələrini ağır artilleriya qurğularından atəşə tutublar. Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) başçsı Müstəqim Məmmədov "Report"a açıqlamasında bildirib ki, təmas xəttinə yaxın yerləşən 20-yə qədər fərdi yaşayış evinə mərmi düşüb: "Ermənilər atəşkəs rejimini növbəti dəfə pozaraq, rayonun cəbhəboyu yaşayış məntəqələrini atəşə tutublar. Nəticədə həmin yaşayış məntəqələrində qaz, elektrik və rabitə xətlərinə ciddi ziyan dəyib, mərmi düşən 20 evdən 8-i tamamilə yararsız hala düşüb".

M.Məmmədov əlavə edib ki, hazırda Tərtər rayon Fövqəladə Hallar Komissiyası (FHK) dəymiş ziyanla bağlı araşdırmalara başlayıb.

Son xəbərlər

Orphus sistemi