Yuxarı

Tərtərin icra başçısı: "Cəbhə kəndlərində bərpa işləri aparılır"

Kəndin elektrik və qaz təchizatı, su xətləri tamamailə sıradan çıxıb

Bakı. 7 aprel. REPORT.AZ/ "Tərtər rayonunun ermənilərin atəşinə məruz qalan cəbhəboyu kəndlərində bərpa işlərinə başlanılıb".

Bunu "Report"a açıqlamasında Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Müstəqim Məmmədov bildirib.

Onun sözlərinə görə, ermənilərin son bir neçə gündə cəbhə kəndlərini artilleriya silahlarından şiddətli atəşə tutması nəticəsində yaşayış məntəqələrinə ciddi ziyan dəyib: "Ən çox ziyan rayonun Qapanlı kəndinə dəyib. Kəndin 46 evinə mərmi düşüb, elektrik və qaz təchizatı, su xətləri tamamilə sıradan çıxıb".

İcra başçısı qeyd edib ki, rayonun Qapanlı kəndində infrastrukturu bərpa etmək üçün təmir və yenidənqurma işləri aparılır: "Bundan başqa rayonun Qaradağlı kəndinə ciddi ziyan dəyib. Həmin kənddə təmir və yenidənqurma işləri aparılır. Hazırda əraziyə xeyli sayda texnika və işçi qüvvəsi cəlb edilib".

Qeyd edək ki, son günlər ermənilərin cəbhəboyu ərazilərdə atəşkəsi pozması nəticəsində Tərtər rayonunda ümumilikdə 162 evə ziyan dəyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi