Yuxarı
    Bağlamaq

    Tərtərdə partlamış "Qrad" raketinin qalıqları aşkarlanıb

    ANAMA tərəfindən 3 min kv.m ərazi yoxlanılıb

    Bakı. 31 yanvar. REPORT.AZ/ Tərtər şəhərində 1 ədəd partlamış "Qrad" raketinin qalıqları aşkar edilib.

    Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) "Report"a bildirilib ki, şəhərdə yerləşən istirahət mərkəzi ərazisində 1 ədəd partlamış "Qrad" raketinin (9M22U) qalıqları aşkar edilərək götürülüb.

    ANAMA tərəfindən 3 min kv.m ərazi (DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatı) yoxlanılıb.

    Ümumilikdə agentlik yanvarın 1-dən 31-dək Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan və Lənkəran rayonları, Lənkəran, Gəncə və Tərtər şəhərlərində 3 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, su arxına, dəniz və yol kənarına, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə baxış keçirib, 1 514 ədəd partlamamış hərbi sursat, 33 ədəd tank əleyhinə mina, və 2 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirib, 20 450 kv.m ərazi yoxlayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi