Tərtər və Füzuli rayonlarında partlamamış hərbi sursatlar aşkarlanıb - FOTO

Tərtər və Füzuli rayonlarında partlamamış hərbi sursatlar aşkarlanıb - FOTO Füzuli rayonunun Horadiz şəhərində 4 ədəd partlamamış sursat aşkar edilib
Qarabağ
3 İyun , 2016 01:35
Tərtər və Füzuli rayonlarında partlamamış hərbi sursatlar aşkarlanıb - FOTO

Bakı. 3 iyun. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 2 iyunda Füzuli, Ağdam və Tərtər rayonlarında aşkar olunan Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat yayıb. ANAMA-dan "Report"a verilən məlumata görə, agentlik tərəfindən Tərtər rayonunun Şıxarx kəndində 4 ev və həyətyanı sahədə 5 partlayış yerinə baxış keçirilib, nəticə etibarı ilə 34 000 kv. m ərazi yoxlanılıb.

Cəmilli kəndində 1 ev və həyətyanı sahədə 5 partlayış yerinə baxış keçirilmiş və 1 ədəd qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülmüş, nəticə etibarı ilə 7 500 kv. m ərazi yoxlanılıb. Cəmi 5 ev və həyatyanı sahə, 10 partlayış yerinə baxış keçirilib, 1 ədəd qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb və nəticə etibarilə 41 500 kv. m ərazi təmizlənib.

Ağdam rayonunun Qaradağlı kəndində 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib, nəticə etibarı ilə 500 kv. m ərazi yoxlanılıb.

Cəmi 1 ev və həyətyanı sahə və 1 partlayış yerinə baxış keçirilib, nəticə etibarı ilə 500 kv. m ərazi yoxlanılıb.

Füzuli rayonunun Horadiz şəhərində 4 əkin sahəsində 4 partlayış yerinə baxış keçirilib, 4 ədəd partlamamış hərbi sursat (1 ədəd 125 mm-lik tank mərmisi, 2 ədəd 122 mm-lik top mərmisi və 1 ədəd PQ-9 raketi) aşkar edilib, nəticə etibarı ilə 2 277 kv. m ərazi yoxlanılıb.

Cəmi 4 əkin sahəsi, 4 partlayış yeri aşkar edilib, 4 ədəd partlamamış hərbi sursat (1 ədəd 125 mm-lik tank mərmisi, 2 ədəd 122 mm-lik top mərmisi və 1 ədəd PQ-9 raketi) aşkar edilib, nəticə etibarı ilə 2 277 kv. m ərazi təmizlənib.

İyunun 2-də 6 ev və həyətyanı sahə, 4 əkin sahəsi, 15 partlayış yerinə baxış keçirilib, 5 ədəd partlamamış hərbi sursat (1 ədəd Qrad raketinin mühərrik hissəsi, 1 ədəd 125 mm-lik tank mərmisi, 2 ədəd 122 mm-lik top mərmisi və 1 ədəd PQ-9 raketi) aşkar olunaraq götürülmüş və gün ərzində 44 277 kv. m ərazi təmizlənib.

Ümumilikdə Agentlik tərəfindən 7 aprel – 2 İyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 561 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 21 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 488 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hal-hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Son xəbərlər

Orphus sistemi