Tərtərin icra başçısı: "Ermənilər dinc sakinləri mütəmadi olaraq atəşə tuturlar" - FOTO

Tərtərin icra başçısı: "Ermənilər dinc sakinləri mütəmadi olaraq atəşə tuturlar" - FOTO Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri Tərtər və Ağdama səfər ediblər
Qarabağ
6 May , 2016 11:51
Tərtərin icra başçısı: Ermənilər dinc sakinləri mütəmadi olaraq atəşə tuturlar - FOTO

Tərtər. 6 may. REPORT.AZ/ "Erməni silahlı birləşmələri dinc sakinləri mütəmadi olaraq atəşə tuturlar". "Report"un Qarabağ bürosunun məlumatına görə, bunu Xarici İşlər Nazirliyi (XİN) tərəfindən Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələrinə Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Müstəqim Məmmədov cəbhədə son vəziyyətlə bağlı məlumat verərkən deyib.

İcra başısı vurğulayıb ki, ermənilər həmçinin əkinlə məşğul olan sakinləri atəşə tutur və su anbarlarından gələn suvarma sularının qarşısını kəsirlər: "Tərtər rayonunda kənd təsərrüfatı geniş yayılıb və əhalinin böyük hissəsinin dolanışıq yeri kənd təsərrüfatı sahəsidir. Rayonda 31 600 hektar ərazi əkinə yararlıdır. Ötən əsrin 70-ci illərində Sərsəng və Madagiz su anbarları da məhz Tərtər və digər rayonların əkin sahələrinin suvarılması məqsədi ilə tikilib. Bu su anbarları vasitəsi ilə Tərtər rayonunun əkin sahələri suvarılırdı. Ermənilər mütəmadi olaraq əkin sahələrinin suvarılması vaxtı bu su anbarlarının qarşısını kəsirlər. Buna görə də 90-cı ilin əvvəllərində məhsuldarlıq 40-42 sentner idisə, hazırda bu göstərici 13-14 sentnerdir".
Qeyd edək ki, Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri cəbhə xəttinə səfəri çərçivəsində Tərtərin Qapanlı kəndində olublar. Nümayəndələr Erməni silahlı birləşmələrinin rayonun cəbhəboyu yaşayış məntəqələrini ağır artilleriya qurğularından və iri çaplı silahlardan atəşə tutması nəticəsində ziyan dəyən evlərə baxış keçiriblər.

Son xəbərlər

Orphus sistemi