Tbilisidə keçirilən beynəlxalq konfransda erməni riyakarlığının üstü açılıb

Tbilisidə keçirilən beynəlxalq konfransda erməni riyakarlığının üstü açılıb Cəlaləddin Vəliyev qeyd edib ki, Azərbaycan öz torpaqlarını heç kimə bağışlamayacaq və tezliklə həmin əraziləri işğaldan azad edəcək
Qarabağ
15 Fevral , 2018 17:57
Tbilisidə keçirilən beynəlxalq konfransda erməni riyakarlığının üstü açılıb
Report

Tbilisi. 15 fevral. REPORT.AZ/ Tbilisidə keçirilən “Hidroenergetika: Xəzər dənizi və Mərkəzi Asiya-2018” adlı beynəlxalq konfrans iştirakçıları daha bir erməni riyakarlığının şahidi olublar.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, konfransda İtaliyadan olan nümayəndə Lorentso Montemetso Ermənistan ərazisində su elektrik stansiyaları tikdiyini bildirib.

Onun Dağlıq Qarabağ bölgəsində də eyni işləri gördüyü barədə məlumatı Azərbaycan nümayəndə heyəti tərəfindən ciddi etirazla qarşılanıb.

Konfransda iştirak edən "Azərenerji” ASC yanında "Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu" MMC-nin Hidrolayihə İdarəsinin baş mühəndisi Cəlaləddin Vəliyev onun çıxışına sərt reaksiya verib.

C.Vəliyev deyib ki, Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal olunub: "İtalya, eləcə də digər xarici şirkətlər bilməlidirlər ki, işğal altında olan Azərbaycan torpaqlarında sərmayə qoymaq, layihələr həyata keçirmək yolverilməzdir və beynəlxalq hüquqa ziddir. Bütün dünyanın Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini bildiyi halda İtaliya şirkətinin belə bir addım atması, işğal olunmuş ərazilərdə layihə reallaşdırması başa düşülən deyil".

C.Vəliyev qeyd edib ki, Azərbaycan öz torpaqlarını heç kimə bağışlamayacaq və tezliklə həmin əraziləri işğaldan azad edəcək. Bütün şirkətlər bunu bilməlidirlər.

L.Montemetso isə Dağlıq Qarabağa Ermənistan ərazisindən getdiklərini, həmin ərazilərin kimə məxsus olduğunu bilmədiklərini söyləyib.

Konfransda iştirak edən bir sıra şirkətlərin nümayəndələrini bu cür məsələlərdə son dərəcə ehtiyatlı olmağa çağırıblar, mübahisəli və münaqişəli bölgələrə sərmayə yatırmağın təhlükəli, həm də yolverilməz olduğunu bildiriblər.

İtalyan mütəxəssis şirkət rəhbərliyini məlumatlandiracağını bildirib.

Son xəbərlər

Orphus sistemi