Tbilisidə işğal altında olan ərazilərdə abidələrin dağıdılmasından bəhs edən kitabın təqdimatı olub - FOTO

Tbilisidə işğal altında olan ərazilərdə abidələrin dağıdılmasından bəhs edən kitabın təqdimatı olub - FOTO Abxaziya və Dağlıq Qarabağda tarixi abidələrin dağıdılmasının, adlarının saxtalaşdırılmasının qarşısı alınmalıdır
Qarabağ
15 Fevral , 2017 22:28
Tbilisidə işğal altında olan ərazilərdə abidələrin dağıdılmasından bəhs edən kitabın təqdimatı olub - FOTO

Tbilisi. 15 fevral. REPORT.AZ/ Abxaziyada və Dağlıq Qarabağda tarixi abidələrin dağıdılmasının, adlarının saxtalaşdırılmasının qarşısı alınmalıdır.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu fikirlər fevralın 15-də Tbilisidə türk dilinə tərcümə olunmuş “Abxaziya/Gürcüstan: tarix, siyasət, kültür” kitabının təqdimatında səslənib.

Abxaziyanın mühacirətdə olan Ali Məclisinin sədr müavini, tarixçi alim Cemal Qamaxaria və tarixçi alim, türkoloq Lia Axaladzenin birgə müəllifi olduqları bu kitabda Cənubi Qafqazda, xüsusən Gürcüstan ərazisində baş verən proseslərdən, işğal olunmuş ərazilərdə tarixi abidələrin dağıdılması, adlarının saxtalaşdırılması, özününküləşdirilməsi faktlarından bəhs olunub.

Legitim Abxaziya Parlamentinin deputatı Teymuraz Mjaviya çıxış edərək kitabın əhəmiyyətindən danışıb, onun bu gün həm Azərbaycan, həm də Gürcüstan ərazisində yeni, saxta tarix yaratmaq istəyən qüvvələrə qarşı yazılanən ən tutarlı tədqiqat əsəri kimi qiymətləndirib.

Türkiyəli tarixçi alim Ərdoğan Altınkaya və digər natiqlər ötən əsrdə və müasir tariximizdə Cənubi Qafqazda baş verən proseslər, regional münaqişələr arasında müqayisələr aparıb, Abxaziyada, Dağlıq Qarabağda, eləcə də işğal olunmuş digər ərazilərdə tarixi-mədəni abidələrin işğalçılar tərəfindən vəhşicəsinə dağıdılmasından danışıblar. Qeyd olunub ki, istər Abxaziyada, istərsə də Dağlıq Qarabağda tarixi abidələrin adlarının saxtalaşdırılması, özünüküləşdirilməsi hallarına tez-tez rast gəlinir. Bu cür hallara yol verilməməli, buna yol verən üzdəniraq “tarixçilərin” fikirlərini ifşa edən tarixi sənədlər üzə çıxarılmalı, kitablar yazılmalıdır.

Qeyd edək ki, kitabda orta əsr Azərbaycan mütəfəkkirləri, şair və filosofları Əfzələddin Xəqani və Nizami Gəncəvidən əsərlərində Gürcüstanın hazırda işğal altında olan ərazilərinin məhz bu dövlətə məxsus olması barədə yazdıqlarından sitatlar gətirilir. Bildirilib ki, kitab hazırlanarkən, onların yaradıcılığında əksini tapmış tarixi faktlardan istifadə olunub.

Oxuculara təqdim olunan “Abxaziya/Gürcüstan: tarix-siyasət-kültür” kitabı bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Kitabda işğal altında olan ərazilərdə uçub dağılan tarixi abidələrin kimə məxsus olduğunu faktlar əsasında göstərən bir sıra maraqlı məqamlar var.

Təqdimat mərasimində Azərbaycanın Gürcüstandakı Səfirliyinin məsul əməkdaşı Rəhim Rəhimzadə, diplomatik korpusun nümayəndələri, deputatlar, tarixçi alimlər, elm, mədəniyyət və incəsənət xadimləri, iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi