Tarixçi: "1918-ci ilin martında 124 min 236 nəfər türk-müsəlman ermənilərin soyqırımına məruz qalıb"

Tarixçi: "1918-ci ilin martında 124 min 236 nəfər türk-müsəlman ermənilərin soyqırımına məruz qalıb" Vasif Qafarov: "İndiki qiymətlərlə əhaliyə 371 milyard ziyan dəyib"
Qarabağ
23 Aprel , 2015 12:06
Tarixçi: 1918-ci ilin martında 124 min 236 nəfər türk-müsəlman ermənilərin soyqırımına məruz qalıb

Bakı. 23 aprel. REPORT.AZ/ "Bu gün dünya tarixi ermənilərin əsassız, həqiqətə söykənməyən yalanlarının arxasınca gedir". “Report” xəbər verir ki, bunu "Uydurma “1915-ci il erməni soyqırımı"ndan Xocalı faciəsinədək: 100 ilin yalanları və faciələri" mövzusunda keçirilən tədbirdə AMEA-nın aparıcı elmi işçisi Vasif Qafarov deyib.

O qeyd edib ki, Almaniya parlamentinin, Roma Papasının uydurma "erməni soyqırımı"na dəstək nümayiş etdirməsi bu cinayətlərdə onların da əli olduğunu göstərir: “Biz həmişə haqq işi uğurunda mübarizə aparmışıq. Bizim üçrəngli bayrağımız tezliklə işğal olunmuş ərazilərdə dalğalanacaq. Həmin an çox uzaqda deyil. 1918-ci il mart ayında azərbaycanlılara qarşı baş verən soyqırımda Bakıda 12 min türk-müsəlman əhali məhv edilib, o dövrün qiymətləri ilə 1,2 milyard rubl ziyan vurulub. Şamaxı qəzasının 110 kəndinin 105-i tamamilə yandırılıb, 22 min 995 nəfər məhv edilib. Bundan başqa Şərur, Sədərək, Dərələyəz qəzalarında 18 min 300 insan qətlə yetirilib. Ümumilikdə mart soyqırımında 124 min 236 türk-müsəlman əhali soyqırıma məruz qalıb. İndiki qiymətlərlə əhaliyə 371 milyard ziyan dəyib".

Türkiyənin Atatürk Araşdırma Mərkəzinin sədri Mehmet Ali Beyhan bildirib ki, "ermənilərin soyqırımı" ilə bağlı tarixə və arxivə baxdıqda bunun həqiqətən də uydurma olduğu açıq şəkildə görülür. O qeyd edib ki, həmin dövrdə ermənilərlə bağlı faktlar dəyişdirilərək ictimaiyyətə yanlış formada çatdırılırdı: "Təəssüf ki, müasir dövrdə bir çox dövlət adamları, hərbçilər və siyasətçilər tarixi hadisələrə qiymət verməyə, insanların keçmişdə olanlar haqqında fikirlərini səhv istiqamətdə yönləndirməyə çalışırlar. Amma onlar unutmamalıdırlar ki, tarixi hadisələrin baş verdiyi əraziləri yox etmək mümkün deyil. Tarixi düzgün yazmaq elm adamlarının üzərinə düşən vəzifədir".

Onun fikrincə, Türkiyənin Anadolu ərazisində, Azərbaycan torpaqlarında böyük qırğınlar, dağıntılar və soyqırımlar törədilib: “Biz Qubadakı kütləvi məzarlıqda burada törədilən soyqırımının sübutlarını gördük. Ümid edirəm ki, insanlıq bu faciələrdən dərs götürəcək və oxşar hadisələrin bundan sonra təkrarlanmasının qarşısı vaxtında alınacaq”.

Son xəbərlər

Orphus sistemi