Yuxarı

Tacikistan Azərbaycanın ərazi bütövlüyü prinsipinə riayət etməklə Qarabağ münaqişəsinin həllinin tərəfdarıdır

Azərbaycan və Tacikistan prezidentləri birgə bəyannamə imzalayıblar

Bakı. 16 oktyabr. REPORT.AZ/ Azərbaycan və Tacikistan Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipinə riayət edilməsi və təmin edilməsi əsasında, hamı tərəfindən qəbul edilən beynəlxalq hüquq normaları, BMT-nin müvafiq qətnamələri və ATƏT-in qərarları ilə uyğun olaraq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. "Report" "Хоvar"a istinadən xəbər veri ki, bu barədə bu gün Azərbaycan və Tacikistan prezidentləri İlham Əliyev və Emoməli Rəhmon tərəfindən Düşənbədə imzalanmış birgə bəyannamədə deyilir.

Bəyannaməyə əsasən, tərəflər güc tətbiq etməklə beynəlxalq tanınmış sərhədlərin dəyişdirilməsinin yolverilməzliyi haqqında öz mövqelərini təsdiq ediblər və dövlətlərin suverenliyi və ərazi bütövlüyünü təhlükəyə atan hərəkətələrə qarşı yönələn bir-birinin səylərini dəstəklədiklərini ifadə ediblər. 

Hər iki ölkə həmçinin iqtisadi, ticari, nəqliyyat, turizm, elm, təhsil, mədəniyyət, hərbi və hərbi-texniki  sahələrdə, eləcə də səhiyyə, bitkilərin karantini, veterinarlıq sahələrində də ikitərəfli münasibətlərin dərinləşdirilməsinə hazır olduqlarını bildiriblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi