Səfir: "Moldova Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıdır"

Səfir: "Moldova Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıdır" "Moldova və Azərbaycan regional və beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyirlər"
Qarabağ
19 Sentyabr , 2014 11:51
Səfir: Moldova Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıdır
Bakı. 19 sentyabr. REPORT.AZ/ "Moldova Dağlıq Qarabağ münaqişəsinin qəbul olunmuş beynəlxalq hüquq prinsipləri və normaları, o cümlədən ərazi bütövlüyü və sərhəd toxunulmazlığı prinsipləri əsasında sülh yolu ilə erkən həllinin tərəfdarıdır". "Report" xəbər verir ki, bu barədə Moldovanın Azərbaycandakı səfiri İqor Bodyu bu ölkənin Müstəqillik Gününə həsr olunmuş tədbirdə deyib. 

Səfir xatırladıb ki, Moldova da 1992-ci ildə separatizm problemi ilə üzləşib. Dnestryanı münaqişə nəticəsində ölkənin ərazi bütövlüyü pozulub. 

İ.Bodyu bildirib ki, Moldova və Azərbaycan, BMT, ATƏT, GUAM, QDİƏT kimi müxtəlif beynəlxalq və  regional təşkilatlar çərçivəsində bir-birini dəstəkləyirlər. İki ölkə arasında 53 sənəddən ibarət möhkəm normativ hüquqi baza yaradılıb. 

"Moldova və Azərbaycan qarşılıqlı əməkdaşlığı və iki xalq arasında dostluq münasibətləri inkişaf etməyə davam edəcək" - deyə, səfir İ.Bodyu qeyd edib. 

Son xəbərlər

Orphus sistemi