Azərbaycan Müdafiə Nazirliyi: Erməni silahlı bölmələri sutka ərzində atəşkəs rejimini 82 dəfə pozub

Azərbaycan Müdafiə Nazirliyi: Erməni silahlı bölmələri sutka ərzində atəşkəs rejimini 82 dəfə pozub Adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə məruz qalıb
Qarabağ
20 Mart , 2015 11:08
Azərbaycan Müdafiə Nazirliyi: Erməni silahlı bölmələri sutka ərzində atəşkəs rejimini 82 dəfə pozub

Bakı. 20 mart. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində minaatan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 82 dəfə pozaraq mövqelərimizi intensiv atəşə tutub. Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Ermənistanın İcevan rayonunun Paravakar və Vazaşen kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində və Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun Çaylı, Qızıloba, Göyarx, Çiləbürt, Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Gülüstan, Ağdam rayonunun Cəvahirli, Qaraqaşlı, Kəngərli, Sarıcalı, Şıxlar, Mərzili, Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Alxanlı, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.

Son xəbərlər

Orphus sistemi