Sülh Platformasının nəzdində “Sülh Səfirləri” İnstitutu təsis olunub

Sülh Platformasının nəzdində “Sülh Səfirləri” İnstitutu təsis olunub Hazırda 7 müxtəlif ölkədən sülh səfiri təyin olunub
Qarabağ
4 May , 2017 15:11
Sülh Platformasının nəzdində “Sülh Səfirləri” İnstitutu təsis olunub

Bakı. 4 may. REPORT.AZ/ "Ermənistan Azərbaycan Sülh Platforması"nın nəzdində “Sülh Səfirləri” İnstitutu təsis olunub. 

"Report"un məlumatına görə,"Sülh Səfirləri" - "Ermənistan Azərbaycan Sülh Platforması"na üzv olan müxtəlif ölkələrin vətəndaş cəmiyyətlərinin fəal üzvləridir. İnstitutun məqsədi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq hüquq tərəfindən tanınmış prinsip və normaları çərçivəsində Platformanın ideyalarının sürətli yayılması və sülh naminə insan resurslarının fəal və mobil istifadəsində Sülh Platformasına dəstəkdir.

"Sülh Səfirləri"nin hüquq və vəzifələrinə yaşadıqları ölkələrdə “Ermənistan-Azərbaycan Sülh Platforması”nı təmsil etmək, Sülh Platformasının adından danışmaq və təqdimatlar keçirmək, Sülh Platforması adından hər hansı bir tədbir keçirmək, beynəlxalq ictimaiyyətə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini çatdırmaq, öz fəaliyyətlərini Sülh Platformasının katibliyi ilə koordinasiya etmək və məsləhətləşmələr aparmaq daxildir.

Sülh səfirləri adına Sülh Platformasının katibliyi tərəfindən hər ölkədən bir nümayəndə seçilir. 

Hazırda 7 müxtəlif ölkədən sülh səfiri təyin olunub. Aureliya Qriqoriu Moldova, Tatyana Krupa Ukrayna,  Mişel İvor Belçika, Vitold Oleynik Polşa, Aleksey Averyaninkov Latviya, Yelena Stankoviç Serbiya və Domeniko Letiziya İtaliya üzrə sülh səfirləridirlər.  

Son xəbərlər

Orphus sistemi