Yuxarı
    Bağlamaq

    Ştefan Şennax: "Dağlıq Qarabağ münaqişəsi yeni Alt Komitə üçün prioritet olacaq"

    AŞPA-nın Avropa Şurası ölkələri arasında münaqişələr üzrə Alt Komitəsinin ilk iclası may ayında Helsinkidə keçiriləcək

    Bakı. 17 aprel. REPORT.AZ/ "Dağlıq Qarabağ və Dnestryanı problemlər AŞPA-nın Avropa Şurası ölkələri arasında münaqişələr üzrə yeni Alt Komitəsi üçün prioritet olacaq."

    Bu barədə "Report"a Alt Komitənin sədri Ştefan Şennax bildirib.

    Onun sözlərinə görə, üçüncü prioritet münaqişə sonra təyin olunacaq, bu istiqamətdə işlər davam etdirilir.

    Ş.Şennax həmçinin Alt Komitənin ilk iclasının bu ilin may ayında Helsinkidə baş tutacağını, daha bir iclasın isə iyunda Vyanada keçiriləcəyini bildirib.

    Xatırladaq ki, bu il mart ayında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) deputatı Ştefan Şennax AŞPA-nın münaqişələr üzrə yeni Alt Komitəsinin sədri seçilib. O, eyni zamanda AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçisidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi