Yuxarı
    Bağlamaq

    ​Ştaynmayer: "Qarabağ münaqişəsi zonasında status-kvo uzandıqca vəziyyətin yenidən gərginləşməsi təhlükəsi artır"

    Status-kvonu uzun müddət saxlamaq mümkün deyil

    Bakı. 30 iyun. REPORT.AZ/ Aprelin əvvəlində Qarabağ münaqişəsi zonasında vəziyyət gərginləşdikdən sonra, ATƏT üçün aydın oldu ki, regionda status-kvonu uzun müddət saxlamaq mümkün deyil. Uzandıqca vəziyyətin yenidən gərginləşməsi təhlükəsi artır.

    "Report" xəbər verir ki, bunu iyunun 29-da Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer İrəvanda keçirilən mətbuat konfransında bildirib.

    Ştaynmayer qeyd edib ki, Azərbaycan və Ermənistan prezidentlərinin bu yaxınlarda keçirilən görüşü Qarabağ münaqişəsi zonasındakı vəziyyətin sakitləşməsi ilə nəticələnib.

    "Güman edirəm ki, biz düzgün yoldayıq, bizim vəzifəmiz hazırda yaranan vəziyyəti saxlamaq və irəliyə getməkdən ibarətdir. Bunun üçün ATƏT-in Minsk qrupunun səyləri və tərəflərin güzəştə getməyə hazır olmaları lazımdır", — deyə o əlavə edib.

    Nazirin sözlərinə görə, ATƏT Qarabağ münaqişəsinin uzunmüddətli həlli yolunu tapmaq üçün səy göstərir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi