Yuxarı

​Ştaynmayer: "Dağlıq Qarabağdakı mövcud status-kvo problemi həll etməyəcək"

Almaniya Dağlıq Qarabağın gələcəyinə dair ciddi danışıqların bərpası üzrə səyləri dəstəkləməyə hazırdır

Bakı. 12 aprel. REPORT.AZ/ Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ciddi danışıqlar aparmağa çağırıb.

"Report" xəbər verir ki, o bunu Berlində keçirilən ATƏT "üçlüyü"nün görüşü öncəsi bəyan edib.

Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan sülh sazişini alqışlayıb, lakin onun sözlərinə görə, Dağlıq Qarabağda mövcud olan status-kvo regionda "təhlükəsizliyə yardım" edə bilməz.

ATƏT-in fəaliyyətdə olan sədri qeyd edib ki, Almaniya Dağlıq Qarabağın gələcəyinə dair ciddi danışıqların bərpası üzrə səyləri dəstəkləməyə hazırdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi