Soyqırımla bağlı "Xocalının səsi ol" adlı beynəlxalq videoçarx hazırlanıb - VİDEO

Soyqırımla bağlı "Xocalının səsi ol" adlı beynəlxalq videoçarx hazırlanıb - VİDEO Əsas məqsəd soyqırımı dünya ictimaiyyətinin diqqətinə çatdırmaq olub
Qarabağ
25 Fevral , 2018 18:43
Soyqırımla bağlı Xocalının səsi ol adlı beynəlxalq videoçarx hazırlanıb - VİDEO

Bakı. 25 fevral. REPORT.AZ/ INDEX - Azərbaycan İnsan Kapitalının İnkişafı Mərkəzi Xocalı Soyqırımının 26-cı ildönümünü anmaq məqsədi ilə “Xocalının səsi ol” adlı videoçarx hazırlayıb. 

"Report" xəbər verir ki, videoçarxın əsas məqsədi Xocalı Soyqırımını dünya ictimaiyyətinin diqqətinə çatdırmaq olub. 

Bu məqsədlə İstanbulda təhsil alan xarici tələbələr könüllü olaraq, layihədə iştirak edib və soyqırımın sadəcə Azərbaycana qarşı deyil, o cümlədən bütün insanlığa qarşı törədilmiş bir cinayət olduğunu vurğulayaraq Xocalının səsi olublar.

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub.1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri silahsız və köməksiz Xocalı şəhərinə hücum ediblər. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilib. Erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər (106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insanlar) öldürülüb, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakin əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərə məruz qalıblar. 150 nəfərin taleyi hələ də məlum deyil. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilib, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideyinlərindən birini itirib.

Son xəbərlər

Orphus sistemi