Yuxarı
    Bağlamaq

    Son iki sutkada erməni tərəfi atəşkəsi 97 dəfə pozub

    Düşmən cavab atəşi ilə susdurulub

    Bakı. 22 dekabr. REPORT.AZ/ Cəbhənin müxtəlif istiqamətlərində  sutka ərzində atəşkəs rejimi ümumilikdə 39 dəfə pozulub.

    Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

    Erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Koxanəbi kəndlərində, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

    Tərtər rayonunun Çaylı, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələri mövqeləri atəşə tutulub.

    Düşmən cavab atəşi ilə susdurulub.

    Qeyd edək ki, son iki sutkada cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi ümumilikdə 97 dəfə pozulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi