Son iki gündə cəbhədə atəşkəs rejimi 100 dəfə pozulub

Son iki gündə cəbhədə atəşkəs rejimi 100 dəfə pozulub Düşmən cavab atəşi ilə susdurulub
Qarabağ
12 Yanvar , 2015 10:02
Son iki gündə cəbhədə atəşkəs rejimi 100 dəfə pozulub

Bakı. 12 yanvar. REPORT.AZ/ Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 51 dəfə pozulub.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Erməni silahlı bölmələri Ermənistan Respublikasının Noyemberyan rayonunun Dovex, Barekamavan, Şavarşavan, İcevan rayonunun Berkaber, Azatamut kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli, Qızılhacılı, Cəfərli kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Tərtər rayonunun Çiləbürt, Çaylı, Qızıl Oba, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Yusifcanlı, Cəvahirli, Şıxlar, Şuraabad, Kəngərli, Qaraqaşlı, Baş Qərvənd kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Qeyd edək ki, əvvəlki sutka müddətində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi ümumilikdə 49 dəfə pozulub.

Son xəbərlər

Orphus sistemi