Yuxarı
    Bağlamaq

    İtkin düşdüyü bildirilən Azərbaycan hərbçiləri ilə əlaqədar araşdırmalara başlanıb

    Onların yaxınlarına və ictimaiyyətə məlumat veriləcək

    Bakı. 7 aprel. REPORT.AZ/ Bir neçə vətəndaşın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına müraciətinə əsasən, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlarda iştirakları zamanı itkin düşdüyü bildirilən Azərbaycan hərbçilərinin sonrakı taleyinə aydınlıq gətirilməsi üçün aidiyyəti dövlət qurumlarının və beynəlxalq təşkilatların vasitəçiliyi ilə müvafiq araşdırma işinə başlanıb.

    Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından “Report”a bildirilib ki, araşdırmaların nəticələri barədə itkin düşdüyü bildirilən hərbçilərin yaxınlarına və ictimaiyyətə məlumat veriləcək.

    Dövlət Komissiyası vətəndaşlarımıza Allahdan səbir diləyir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi