Sloveniya Dağlıq Qarabağdakı "parlament seçkilərini" tanımır

Sloveniya Dağlıq Qarabağdakı "parlament seçkilərini" tanımır Sloveniya XİN Minsk qrupunun status-kvonun aradan qaldırılması və danışıqlarda tərəqqinin əldə olunması ilə bağlı fəaliyyətini dəstəkləyir
Qarabağ
6 May , 2015 10:25
Sloveniya Dağlıq Qarabağdakı parlament seçkilərini tanımır

Bakı. 6 may. REPORT.AZ/ Sloveniya mayın 3-də Azərbaycanın işğal olunan ərazisi Dağlıq Qarabağda keçirilən  qondarma "parlament seçkilərini" tanımır. "Report" xəbər verir ki, bu barədə Sloveniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. 

"Sloveniya bir daha təsdiq edir ki, onların keçirildiyi hüquqi çərçivələri tanımır. Bu prosedurlar Dağlıq Qarabağın gələcək statusunun müəyyən edilməsinə ziyan vura və ya danışıqlar prosesinə təsir edə bilməz", - bəyanatda qeyd olunub. 

Sloveniya XİN-i, həmçinin  Minsk qrupunun status-kvonun aradan qaldırılması və danışıqlarda tərəqqinin əldə olunması ilə bağlı fəaliyyətini dəstəklədiyini bildirib.

Son xəbərlər

Orphus sistemi