Yuxarı

Slovakiya XİN-in dövlət katibi: “Minsk qrupu Qarabağ münaqişəsinin həllinin axtarışı prosesində əvəzsiz rol oynayır” - EKSKLÜZİV

“Slovakiya həmişə beynəlxalq hüquqa riayət etmək prinsipini, o cümlədən ölkə suverenliyi və ərazi bütövlüyünü müdafiə edib”

Bakı. 9 avqust. REPORT.AZ/ "Slovakiya həmişə təkcə Cənubi Qafqazda yox, hər yerdə beynəlxalq hüquqa riayət etmək prinsipini, o cümlədən ölkə suverenliyi və ərazi bütövlüyünü müdafiə edib".

Bunu "Report"a eksklüziv müsahibəsində bu ilin ikinci yarısında Avropa İttifaqı Şurasına sədrlik edən Slovakiya Xarici İşlər Nazirliyinin (XİN) dövlət katibi Lukaş Parizek deyib.

"Hazırda əsas məsələ münaqişənin siyasi həllinin tapılması üçün müzakirələri davam etdirməkdir. Hesab edirik ki, bu, regiona sülh gətirəcək yeganə yoldur", - deyə dövlət katibi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini şərh edərkən bildirib.

L.Parizek qeyd edib ki, Slovakiya Azərbaycan və Ermənistan liderlərinin Sankt-Peterburqda yenidən atəşkəsə əməl etmək və münaqişəni sülh yolu ilə həll etmək niyyətlərini bəyan etmələrini alqışlayır. "Tərəflər Vyana razılaşmalarının həyata keçirilməsinə sadiq olmalıdır", - deyə Slovakiya XİN-in dövlət katibi vurğulayıb.

O bildirib ki, Slovakiya ATƏT-in Minsk qrupunun işini tam dəstəkləyir: "Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllinin axtarışı prosesində əvəzsiz rol oynayır. Slovakiya həmçinin Almaniyanın Bakı və Yerevan arasında sülh danışıqlarının bərpası prosesində iştirakını yüksək qiymətləndirir və alqışlayır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi