Siyavuş Novruzov: "Vaxtilə Dağlıq Qarabağla bağlı düzgün mövqe tutulsaydı, bu gün Qüds məsələsi təkrarlanmazdı"

Siyavuş Novruzov: "Vaxtilə Dağlıq Qarabağla bağlı düzgün mövqe tutulsaydı, bu gün Qüds məsələsi təkrarlanmazdı" "Azərbaycanın islama yanaşması düzgün formada qurulub"
Qarabağ
18 Dekabr , 2017 11:49
Siyavuş Novruzov: Vaxtilə Dağlıq Qarabağla bağlı düzgün mövqe tutulsaydı, bu gün Qüds məsələsi təkrarlanmazdı
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov / Report

Bakı. 18 dekabr. REPORT.AZ/ "Azərbaycanın islama yanaşması düzgün formada qurulub".

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Prezident İlham Əliyevin siyasəti və İslam həmrəyliyi: anlaşmadan əməkdaşlığa doğru" adlı konfransda Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, dünyada islamı tamam başqa ad altında təqdim edirlər: "Bəzən bu, subyektiv səbəblərdən olsa da, əksər hallarda isə bəzi ölkələr buna imkan yaradır ki, islamı onların istədikləri kimi təqdim etsinlər. İslam daxilində olan müəyyən qüvvələr prinsiplərdən kənara çıxaraq öz qanunları ilə cəmiyyəti başa istiqamətlərə yönəldərək canfəşanlıq edirlər. Ona görə də ilk olaraq bunların qarşısı alınmalıdır".

O qeyd edib ki, islamın şərhini ictimaiyyətə düzgün çatdırmaq lazımdır: "İslam oyunları keçirildikdə su əsas simvol seçildi. Bu islamla bilavasitə əlaqəli olan amil idi. Başqa atributların seçilməsi müəyyən problemlər yarada bilərdi. Çünki sui-istifadə etməyə çalışan başqa ölkələr var. İslamı düzgün olaraq "Qurani-Kərim"də təqdim olunduğu kimi bəşəriyyətə çatdırmaq vacibdir".

S.Novruzov vurğulayıb ki, Azərbaycan bu istiqamətdə düzgün yol seçib: "Dövlət tərəfindən dinə istənilən kömək göstərilir. Əsas dini tədbirlərdə dövlət başçısı şəxsən iştirak edir. Bu onun göstəricisidir ki, dünyada Azərbaycan nümunə kimi göstərilir. Ölkədə bütün dinlər bərabər şəkildə icra olunur. Qanunla qadağan olunmayan şəkildə bütün icmalar fəaliyyət göstərir".

"Vaxtı ilə Azərbaycanın ərazisi işğala məruz qalanda az islam ölkəsi bizə dəstək oldu. Əgər işğal olunan ərazilərimizdə Azərbaycan məscidləri, islam ənənələri dağıdılırsa, buna nə ad vermək olar?! Vaxtilə Dağlıq Qarabağla bağlı düzgün mövqe tutulsaydı, bu gün Qüds məsələsi təkrar olunmazdı" - o əlavə edib. 

Son xəbərlər

Orphus sistemi