Sirocidin Aslov: "Tacikistan Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllinin tərəfdarıdır"

Sirocidin Aslov: "Tacikistan Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllinin tərəfdarıdır" Tacikistan XİN başçısı münaqişə zonasında baş vermiş son gərginliklə əlaqədar narahatlığını ifadə edib
Qarabağ
2 İyul , 2016 15:54
Sirocidin Aslov: Tacikistan Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllinin tərəfdarıdır

Bakı. 2 iyul. REPORT.AZ/ "Tacikistan Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllinin tərəfdarıdır və bu, bizim prinsipial mövqeyimizdir".

"Report" "News.am" portalına istinadən xəbər verir ki, bu sözləri Tacikistan xarici işlər naziri Sirocidin Aslov Yerevanda Ermənistanın XİN başçısı Edvard Nalbandyanla keçirdiyi birgə mətbuat konfransında deyib.

"Münaqişə zonasında baş vermiş və insan tələfatı ilə nəticələnən son gərginliklə əlaqədar səmimi narahatlığımı ifadə etdim. Tacikistan həmişə bütün münaqişələrin yalnız sülh yolu ilə həllini dəstəkləyir", - deyə Tacikistan XİN baçşçısı bildirib.

Son xəbərlər

Orphus sistemi